AI Photo Booth
Tədbirlərinizə süni intellektlə fərqli və yadda qalan bir toxunuş əlavə etməyə hazırsınız? AI Photo Booth klassik foto kabinlərdən fərqli olaraq, iştirakçıları sadəcə şəkil çəkdirməklə məhdudlaşdırmır — onları saniyələr içində tamamilə fərqli obrazlara və vizual dünyalara çevirir.
Gelişmiş süni intellekt texnologiyası sayəsində qonaqlarınız astronavt, futuristik personaj, fantastik film qəhrəmanı, sənət əsərinin bir parçası və ya brendinizə uyğun xüsusi obraz kimi təqdim oluna bilər. Tədbir məkanında diqqətçəkən və maraq yaradan bu konsept həm qonaqlar üçün əyləncəli təcrübə yaradır, həm də brendinizin innovativ tərəfini ön plana çıxarır.
AI Photo Booth EDDRA-nın 20 illik event təcrübəsini müasir süni intellekt texnologiyası ilə birləşdirən interaktiv foto təcrübəsidir. Sistem sürətli, rahat və iştirakçılar üçün çox sadə istifadə axını ilə işləyir.
Çəkiliş və konsept seçimi:
İştirakçı kiosk ekranının qarşısına keçir və yüksək keyfiyyətli foto çəkilir. Tədbirin konseptinə uyğun olaraq əvvəlcədən hazırlanmış fərqli mövzular arasından seçim edilə bilər.
Süni intellektlə emal:
Sistem iştirakçının üz cizgilərini qoruyaraq seçilən konsepti fotoya tətbiq edir. Saç, geyim, fon və vizual atmosfer saniyələr içində seçilmiş üsluba uyğun şəkildə yenidən yaradılır.
Fərdiləşdirmə:
Hazırlanan vizualın üzərinə brend loqosu, xüsusi çərçivə, tədbir adı və sloqan əlavə oluna bilər.
Anında paylaşım:
İştirakçı hazır fotonu QR kod vasitəsilə saniyələr ərzində telefonuna yükləyə bilər. İstəyə görə foto yüksək keyfiyyətli çap formatında da təqdim oluna bilər.
Quraşdırma sahəsi:
Kiosk təxminən 2x2 metr sahədə rahat şəkildə yerləşdirilə bilər.
Məkan uyğunluğu:
Sistem həm qapalı, həm də açıq məkan tədbirləri üçün uyğundur.
İştirakçı sayı:
Sürətli emal sistemi sayəsində böyük tədbirlərdə də çox sayda iştirakçıya xidmət göstərmək mümkündür.
Texniki tələblər:
Standart elektrik bağlantısı və internet sistemi tam performansla işlətmək üçün kifayətdir.
AI Photo Booth iştirakçıların özlərini fərqli və qeyri-adi obrazlarda görməsini təmin edir. Bu vizuallar qonaqlarda böyük maraq yaradır və sosial mediada paylaşım ehtimalını artırır.
Hər paylaşım brend loqonuzu, tədbir mesajınızı və konseptinizi daha geniş auditoriyaya çatdıran təbii reklam vasitəsinə çevrilir. Bu səbəbdən AI Photo Booth məhsul təqdimatları, korporativ tədbirlər, forumlar, festivallar və brend aktivləşdirmələri üçün ideal seçimdir.
AI Photo Booth təcrübəsini tədbirinizə əlavə etmək və sizə uyğun kreativ təklif almaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz.
E-mail: sales@eddra.az
Telefon: +994 10 212 40 60
İstenildiği Kadar
İstenildiği Kadar
İndoor & Outdoor
Tədbirləriniz üçün xüsusi təcrübə sahələri, foto aktiviteləri, rəqəmsal həllər, komanda aktiviteləri və digər bir çox məzmun üçün bizimlə əlaqə saxlaya bilərsiniz. 20 illik təcrübəmizlə sizə ən uyğun təklifi hazırlamağa səbirsizliklə gözləyirik.
994 10 212 40 60