Mirror Booth
Mirror Booth ilə foto çəkdirmək artıq daha əyləncəli və fərqli olur. Qonaqlar əvvəlcə özlərini böyük sensorlu güzgüdə görür, poz verir və çəkilən fotonu anında çap formatında əldə edə bilirlər.
Klassik foto kabinlərdən fərqli olaraq, Mirror Booth tədbir məkanına daha şık və diqqətçəkən görüntü qatır. Rəngli işıqlarla əhatə olunmuş böyük güzgü, qırmızı xalça və dekorativ baryerlərlə birlikdə qonaqlara xüsusi bir foto zonası təqdim edir. Bu konsept korporativ tədbirlər, təqdimatlar, festivallar, şirkət gecələri və özəl tədbirlər üçün ideal seçimdir.
İştirakçılar güzgünün qarşısına keçir, aksesuarlar və əyləncəli lövhələrlə poz verir. Sensorlu ekran üzərindəki yönləndirmələr vasitəsilə çəkiliş başlayır və sistem qısa müddətdə fotonu hazırlayır.
Çəkilişdən sonra iştirakçılar güzgü üzərində imza ata, kiçik çizimlər əlavə edə və fotonu daha fərdi hala gətirə bilərlər. Hazır foto anında çap olunur və istəyə görə e-mail vasitəsilə də göndərilə bilər.
Mirror Booth həm qapalı, həm də açıq məkan tədbirlərində istifadə oluna bilər. Geniş çəkiliş bucağı sayəsində fərdi və qrup fotoları üçün uyğundur. Güclü işıqlandırma sistemi sayəsində gecə tədbirlərində belə keyfiyyətli görüntü əldə etmək mümkündür.
Çap olunan fotoların üzərinə brend loqosu, tədbir adı, tarix, sloqan və xüsusi dizayn edilmiş çərçivələr əlavə oluna bilər. Bu da Mirror Booth-u sadəcə əyləncəli foto xidməti deyil, həm də brendiniz üçün effektiv görünürlük vasitəsinə çevirir.
Mirror Booth xidmətini tədbirinizə əlavə etmək və sizə uyğun təklif almaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz.
E-mail: sales@eddra.az
Telefon: +994 10 212 40 60
İstenildiği Kadar
İstenildiği Kadar
Indoor - Outdoor
Tədbirləriniz üçün xüsusi təcrübə sahələri, foto aktiviteləri, rəqəmsal həllər, komanda aktiviteləri və digər bir çox məzmun üçün bizimlə əlaqə saxlaya bilərsiniz. 20 illik təcrübəmizlə sizə ən uyğun təklifi hazırlamağa səbirsizliklə gözləyirik.
994 10 212 40 60