EDD

Led Video Wall

LED Video Wall Təcrübəsi

LED Video Wall tədbirlərinizə futuristik, dinamik və vizual olaraq güclü atmosfer qatan interaktiv video konseptidir. Üç tərəfi yüksək keyfiyyətli LED ekranlarla əhatə olunan, tavan və döşəməsi isə xüsusi yansıtıcı materiallarla tamamlanan bu məkan iştirakçıları fərqli bir vizual dünyaya aparır.

İşıq effektləri, musiqi ritminə uyğun dəyişən animasiyalar və iştirakçıların enerjisi birləşərək sadəcə video deyil, sosial mediada paylaşmağa uyğun dinamik və diqqətçəkən kontent yaradır. Bu xidmət lansmanlar, festivallar, qala gecələri, korporativ partilər və brend aktivləşdirmələri üçün ideal seçimdir.

LED Video Wall necə işləyir?

İştirakçılar xüsusi hazırlanmış LED platformaya daxil olur. LED ekranlarda brendinizə uyğun hazırlanmış animasiyalar, motion graphics, rəng keçidləri və vizual effektlər nümayiş olunur. Musiqi ilə birlikdə iştirakçılar rəqs edir, poza verir və ya sadəcə konseptin atmosferini yaşayırlar.

Çəkilən görüntülər xüsusi proqram vasitəsilə işlənir. Videoya slow motion, sürətləndirmə, rəng effektləri, glitch keçidləri və digər vizual elementlər əlavə edilə bilər. Nəticədə 15–30 saniyəlik dinamik və paylaşılabilir video hazırlanır.

Hazır video QR kod, e-mail və ya digər paylaşım üsulları ilə iştirakçılara təqdim olunur. Qonaqlar videonu telefonlarına yükləyib Instagram Reels, TikTok və digər sosial platformalarda paylaşa bilirlər.

Texniki məlumatlar

LED Video Wall qurulumu üçün minimum 4x4 metr, ideal olaraq isə 5x5 metr düz sahə tövsiyə olunur. Standart qurulum üçün təxminən 3 metr tavan hündürlüyü kifayətdir.

Sistem LED panellər, video emal avadanlıqları, işıqlandırma və texniki idarəetmə qurğularından ibarətdir. Keyfiyyətli görüntü üçün məkanın çox işıqlı olmaması və birbaşa günəş işığı almaması tövsiyə olunur.

Quraşdırma və texniki idarəetmə EDDRA komandası tərəfindən həyata keçirilir.

Brendləşdirmə imkanı

LED ekranlarda brend loqosu, kampaniya mesajı, məhsul görüntüləri, xüsusi animasiyalar və tədbirə uyğun vizual kontent nümayiş etdirilə bilər. Hazırlanan videolara intro, outro, loqo, hashtag və sloqan əlavə etmək mümkündür.

Beləliklə, iştirakçıların paylaşdığı hər video brendinizin sosial mediada görünürlüğünü artırır və tədbirinizin rəqəmsal təsirini genişləndirir.

LED Video Wall təcrübəsini tədbirinizə əlavə etmək və sizə uyğun təklif almaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

E-mail: sales@eddra.az
Telefon: +994 10 212 40 60

393 görüntüleme

Süre

İstenildiği Kadar

Kişi Sayısı

İstenildiği Kadar

Etkinlik Yeri

İndoor - Outdoor

Dərhal Təklif Al

Dərhal Əlaqə Saxlayın!

Tədbirləriniz üçün xüsusi təcrübə sahələri, foto aktiviteləri, rəqəmsal həllər, komanda aktiviteləri və digər bir çox məzmun üçün bizimlə əlaqə saxlaya bilərsiniz. 20 illik təcrübəmizlə sizə ən uyğun təklifi hazırlamağa səbirsizliklə gözləyirik.

994 10 212 40 60
QR Kod

Bu QR kodu mobil cihazınızla tarayarak ürünü görüntüleyebilirsiniz.