EDD

180° Freeze

180° Freeze Foto Təcrübəsi

Tədbirinizdə zamanı “donduran” və qonaqlar üçün fərqli vizual təcrübə yaradan konsept axtarırsınız? 180° Freezeiştirakçıların hərəkət anını müxtəlif bucaqlardan çəkərək dinamik və təsirli video kontentə çevirən interaktiv foto-video həllidir.

Bu sistemdə iştirakçı hərəkət edir, tullanır, rəqs edir və ya xüsusi poza verir. Eyni anda yarımdairə formasında yerləşdirilmiş kameralar həmin anı fərqli bucaqlardan çəkir. Daha sonra görüntülər xüsusi proqram vasitəsilə birləşdirilərək “Matrix effekti” yaradan 180° video formatına çevrilir.

180° Freeze necə işləyir?

İştirakçı xüsusi hazırlanmış çəkiliş zonasına daxil olur və istədiyi hərəkəti edir. Kameralar həmin anı sinxron şəkildə qeydə alır və görüntülər saniyələr ərzində emal olunur. Hazır video tədbir məkanındakı paylaşım sistemi vasitəsilə iştirakçıya təqdim edilir və e-mail və ya QR kodla telefona göndərilə bilər.

Harada istifadə oluna bilər?

180° Freeze məhsul təqdimatları, idman tədbirləri, festivallar, korporativ gecələr, gala tədbirləri və brend aktivləşdirmələri üçün ideal seçimdir. Qonaqlar üçün həm əyləncəli iştirak imkanı yaradır, həm də sosial mediada paylaşmağa uyğun kreativ kontent təqdim edir.

Brendləşdirmə imkanı

Çəkiliş zonası brendinizin rəngləri, loqosu və tədbir konseptinə uyğun dizayn edilə bilər. Hazırlanan videolara loqo, sloqan, tədbir adı və xüsusi qrafik çərçivələr əlavə oluna bilər. Bu da 180° Freeze-i sadəcə əyləncə deyil, həm də brend görünürlüğünü artıran güclü event alətinə çevirir.

180° Freeze təcrübəsini tədbirinizə əlavə etmək və sizə uyğun təklif almaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

E-mail: sales@eddra.az
Telefon: +994 10 212 40 60

830 görüntüleme

Süre

İstenildiği Kadar

Kişi Sayısı

İstenildiği Kadar

Etkinlik Yeri

Indoor - Outdoor

Benzer İçerikler


Dərhal Təklif Al

Dərhal Əlaqə Saxlayın!

Tədbirləriniz üçün xüsusi təcrübə sahələri, foto aktiviteləri, rəqəmsal həllər, komanda aktiviteləri və digər bir çox məzmun üçün bizimlə əlaqə saxlaya bilərsiniz. 20 illik təcrübəmizlə sizə ən uyğun təklifi hazırlamağa səbirsizliklə gözləyirik.

994 10 212 40 60
QR Kod

Bu QR kodu mobil cihazınızla tarayarak ürünü görüntüleyebilirsiniz.