EDD

Photo Bus

Photobus Foto Xidməti

Photobus tədbirlərinizə nostalji, əyləncəli və interaktiv foto təcrübəsi əlavə edən xüsusi konseptdir. Qonaqlar xüsusi aksesuarlarla birlikdə retro avtomobilin içərisinə daxil olur, photobooth ekranı qarşısında istədikləri kimi foto çəkdirirlər.

Çəkilən fotolar brendinizə özəl hazırlanmış dizaynla anında çap olunur və iştirakçılara hədiyyə edilir. İstəyə görə qonaqlar fotolarını avtomobil daxilindəki kiosk vasitəsilə sosial şəbəkələrdə paylaşa və ya e-mail ünvanlarına göndərə bilərlər.

Xidmətə daxildir

Brendə özəl avtomobil brendləşdirməsi qismən və ya tam formada həyata keçirilə bilər. Çəkiliş üçün xüsusi aksesuarlar təqdim olunur. Fotolar brendə uyğun rəqəmsal çərçivə dizaynı ilə çap edilir.

Foto çap ölçüləri 10x15 sm və ya 15x21 sm formatında ola bilər. Çap prosesi təxminən 8 saniyə ərzində tamamlanır. Tədbir müddətində sistemin idarə olunması üçün 1 texniki əməkdaş xidmət göstərir.

Brendləşdirmə imkanı

Photobus-un xarici görünüşü, foto çərçivələri, kiosk ekranı və çap dizaynı brendinizə uyğun hazırlana bilər. Loqo, sloqan, kampaniya mesajı və tədbir adı dizayna əlavə olunaraq qonaqlara yaddaqalan və paylaşılabilir foto xatirə təqdim edilir.

Photobus xidmətini tədbirinizə əlavə etmək və sizə uyğun təklif almaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

E-mail: sales@eddra.az
Telefon: +994 10 212 40 60

675 görüntüleme

Süre

İstenildiği Kadar

Kişi Sayısı

İstenildiği Kadar

Etkinlik Yeri

İndoor & Outdoor

Dərhal Təklif Al

Dərhal Əlaqə Saxlayın!

Tədbirləriniz üçün xüsusi təcrübə sahələri, foto aktiviteləri, rəqəmsal həllər, komanda aktiviteləri və digər bir çox məzmun üçün bizimlə əlaqə saxlaya bilərsiniz. 20 illik təcrübəmizlə sizə ən uyğun təklifi hazırlamağa səbirsizliklə gözləyirik.

994 10 212 40 60
QR Kod

Bu QR kodu mobil cihazınızla tarayarak ürünü görüntüleyebilirsiniz.