29 Ekim 2024

Təşkilatçılığını etdiyimiz "Xərçəngdən GüclüSən!" Tədbirimiz Uğurla Baş Tutdu!
Oktyabr ayı dünyada “Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı” kimi qeyd olunur. Biz də bu əhəmiyyətli ay çərçivəsində xüsusi bir tədbir təşkil etdik
Xərçənglə mübarizə yalnız tibbi müalicə deyil – həm də psixoloji dəstək, sevgi və birgə gücdür. Biz inanırıq ki, qadınlar hər zaman bir-birinə dəstək olduqda daha güclü olurlar.
Bu tədbirdə iştirak edən hər kəs bir daha sübut etdi ki, biz xəstəlikdən daha güclüyük! Eddra komandası olaraq arzu edirik ki, həyatınızda heç bir çətinlik sizi yolunuzdan döndərə bilməsin. Xəstəlikləri gücünüzlə, sevginizlə və əzminizlə dəf edə biləcəyinizə inanırıq!