Yaxşı rəhbər həmişə bilir ki, yaxşı görülən iş hər bir mütəxəssis üçün hər zaman xüsusi nailiyyətdir. Çünki hər bir insan üçün onun gördüyü işin nəzərə çarpması və lazımi qədər qiymətləndirilməsi vacibdir. Həmçinin vacib olan yalnız bu əziyyətin qarşılığında alınan pul deyil, həm də sadəcə təşəkkür edilməsi, müxtəlif yollarla işçinin motivasiyasının yüksək tutulmasıdır.
İş əsnasında biz adətən öz səlahiyyətlərimizdən savayı, digər işlərdə də əməkdaşlarımıza dəstək olmağa çalışırıq. Bu, komanda ruhunu yüksək tutmağa və işin daha effektiv olmasına kömək edən şeylərdən biridir. İstənilən şirkətin də uğurlu işləri məhz komanda işinin, komanda birliyinin, düzgün qurulmuş kommunikasiyanın bəhrəsidir.
Bütün bunları əldə etmək üçün şirkət əməkdaşlarına mütəmadi olaraq təşəkkür etmək çox və çox vacibdir. Hamımız bilirik ki, şirkətdən yalnız maaş yox, həm də gözəl əhval-ruhiyyə, maraqlı anlar, yüksək motivasiya, daimi təşəkkür alan işçi şirkəti öz evi, əməkdaşlarını isə ailəsi kimi görür. Bu ailənin hər üzvü uğura gedən yolda öz missiyasını layiqli şəkildə yerinə yetirməyə çalışır.
Dünyanın müxtəlif ölkələrində olduğu kimi, Azərbaycanda da işçilərinə dəyər verən, onlar üçün yaxşı iş şəraiti yaradan, işçilərinin motivasiyasını yüksək tutan və ən əsası, əməkdaşlarına təşəkkür etməyi bacaran şirkətlər var.
Bu şirkətlərdən biri də “Pasha Sığorta”dir. Pasha Sığorta ölkəmizdə əməkdaşlarını hər şeydən üstün tutan, onları düşünən və əməklərinə dəyər verən böyük şirkətlərdən biridir. Pasha Holding şirkəti mütəmadi olaraq öz əməkdaşları üçün Təşəkkür Günü təşkil edir.
Təşəkkür Günü kimi bir tədbirin hər il keçirilməsi şirkət rəhbərləri, eləcə də əməkdaşlar üçün mühim və vacib işlərdən biridir.
EDDRA Tədbir Təşkilatçılığı Agentliyinin dəstəyi ilə Pasha Sığorta-nın bu il keçirilən tədbirində iştirakçılar əyləncənin dadını maksimum dərəcədə çıxardırlar. Təşəkkür Günü tədbirində şirkət əməkdaşları müxtəlif komanda oyunları, rəqəmsal oyunlar, virtual reallıq oyunları, əyləncəli fəaliyyətlər, xüsusi yeməklər və içkilərdən zövq aldılar. Həmçinin tədbirin ən böyük məqsədlərindən bir neçəsi olan komanda ruhunun gücləndirilməsi, əməkdaşların əyləncəli vaxt keçirməsi, motivasiyalarının yüksək tutulması idi. EDDRA Tədbir Təşkilatçılığı Agentliyinin böyük məmnuniyyətlə göstərdiyi təşkilati dəstək Pasha Sığorta şirkətinin bu məqsədlərə uğurla çatmasına yardımçı oldu.
Əgər siz də əməkdaşlarınız üçün möhtəşəm əyləncəli tədbirlər təşkil etmək istəyirsinizsə, EDDRA-ya müraciət edə bilərsiniz.
Tədbirlər haqqında ətraflı məlumat üçün sales@eddra.az ilə əlaqə saxlaya bilərsiniz.